Avstriyada məşhur blogerin qətli ilə bağlı şok detallar üzə çıxıb.
Məlumata görə, 32 yaşlı Ştefani Piperin keçmiş sevgilisi tərəfindən öldürüldüyü və hətta canlı basdırılmış ola biləcəyi ehtimal edilir.
Hadisə 2025-ci ilin noyabrında Qrats şəhərində baş verib. Blogerin yoxa çıxması onun planlaşdırılmış fotosessiyaya getməməsindən sonra məlum olub.
İstintaqın versiyasına görə, qadınla 31 yaşlı Patrik M arasında mübahisə yaranıb və kişi onu mənzilində boğmağa çalışıb.
Şübhəlinin ifadəsinə əsasən, o, qadını çamadanın içinə qoyaraq Sloveniyaya aparıb və orada basdırıb.
Lakin son ekspertiza nəticələri hadisəyə yeni baxış yaradıb.
Məhkəmə-tibbi ekspertiza ölüm vaxtını dəqiq müəyyən edə bilməyib və qadının çamadana qoyularkən hələ sağ ola biləcəyi ehtimalını irəli sürüb.
Ekspertlər boğulma izləri və üz nahiyəsində ağır xəsarətlər aşkar ediblər.
Məlumata görə, şübhəli əvvəlcə meyiti nənəsinin bağında basdırıb, sonra isə qorxaraq onu meşəlik əraziyə köçürüb.
O, daha sonra Sloveniya polisi tərəfindən saxlanılıb — şübhəli sərhədə yaxın ərazidə yandırdığı avtomobilin yanında tapılıb.
Şübhəlinin vəkili bildirib ki, o, baş verənlərdən sarsılıb və motivlərini izah edə bilmir.

