Qazaxıstanın Şuçinsk şəhərində baş verən qaz partlayışı və yanğın nəticəsində azı altı nəfər həlak olub, təxminən 20 nəfər xəsarət alıb. Bu barədə Akmola vilayəti üzrə Fövqəladə Hallar Departamenti məlumat yayıb.
Hadisə beşmərtəbəli yaşayış binasına bitişik kafedə qaz-hava qarışığının partlaması nəticəsində baş verib. Xilasedicilər hadisə yerinə qısa müddətdə çataraq səkkiz qaz balonunu çıxarıb və 10-dan çox insanı xilas ediblər.
Yanğın tam söndürülüb, dağıntılar altında axtarış işləri davam edir. Hadisənin səbəbləri araşdırılır.
Beş yaralı Kökşetau şəhərinə təxliyə olunub, digər zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

