Zaqatala rayonunda piyadanın iştirakı ilə ölümcül yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az report-a istinadən xəbər verir ki, Mitsubishi markalı avtomobili idarə edən Səfər Kələşov yolu keçən 55 yaşlı İmdat İsmayılovu vurub.
Zərərçəkən dərhal xəstəxanaya çatdırılıb, lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
DİN-in regional qrupunun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

