Kürdəmirdə güclü yanğın hadisəsi baş verib.
Denmedia.az-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.
Belə ki,kənd sakini Ağamalıyev Rza Qardaşxan oğluna məxsus iki mərtəbəli ümumi sahəsi 130 kv metr olan 8 otaqdan ibarət olan ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.Hadisə yerinə FHN-nın Kürdəmir rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.Yanğın söndürülüb. Ev sahibinin sözlərinə görə yanğın zamanı ona ümumilikdə 100 min manata yaxın maddi ziyan dəyib.
Məsələ ilə bağlı Sığırlı kənd icra nümayəndəliyinin münasibətini öyrənməyə çalşdıq.Sığırlı kənd icra nümayəndəsi Mehman Əmirov şifahi olaq DenazTV-yə bildirdi ki,tərəfimizdən hadisə baş vermiş evə baxış keçrilib.Hazırda ailənin mövcud vəziyyəti qiymətləndirilir və yaxın vaxtlarda icra nümayəndəliyi tərəfindən ailəyə tərəfimizdən kömək olunması nəzərdə tutulur.İcra nümayəndəsi onuda əlavə edib ki,yanğın hadisəsi ilə bağlı Kürdəmir rayon icra hakimiyyəti tərəfindən rəsmi olaraq FHN-nə məktub ünvanlanıb.Hazırda faktla bağlı araşdırma aparılır.
Aqil Əsədov
Denmedia.az

