Oslo şəhərində aprelin 29-da Norveçli yüksək vəzifəli diplomatların oğlu Edvard Yul Röd-Larsen həyatını itirib.
Bu barədə Verdens Gang qəzeti məlumat yayıb.
Məlumata görə, onun valideynləri — diplomatlar Mona Yul və Terje Röd-Larsen — amerikalı maliyyəçi Ceffri Epsteynlə əlaqələrə görə istintaqa cəlb olunublar.
Yayılan sənədlərdə qeyd olunur ki, onlar oğullarını 10 yaşında olarkən Epsteynə məxsus adaya aparıblar. Daha sonra isə maliyyəçi vəsiyyətində Edvarda 5 milyon dollar ayırıb.
Norveç Ədliyyə Nazirliyi diplomatların Epsteyn ilə əlaqələrini araşdırdıqdan sonra onlar barəsində istintaq başlayıb.
Ailə vəkilləri bildiriblər ki, baş verən hadisə ictimai diqqətin və təzyiqin nəticəsi olub.
“İctimai diqqət yalnız valideynləri deyil, onların uşaqlarını da nəzarət və təzyiq altına saldı”, — deyə açıqlamada qeyd olunub.

