Amerikalı milyarder Bill Gatesin keçmiş həyat yoldaşı Melinda Geyts hesab edir ki, o, mərhum maliyyəçi Ceffri Epşteynlə əlaqələrinə görə məsuliyyət daşımalıdır. O, bunu NPR-in “Wild Card” podkastında bildirib.
Melinda Geytsin sözlərinə görə, Epşteyn işi üzrə yayımlanan son sənədlər paketində keçmiş ərinin adını gördükdə “inanılmaz kədər” hiss edib.
“Hansı suallar qalırsa-qalsın… onlara cavabı həmin insanlar verməlidir, hətta keçmiş həyat yoldaşım da. Bu, mənim üzərimə düşmür”, — deyə Melinda Geyts bildirib.
O, həmçinin “nəhayət bütün bu çirkabdan çıxmağa sevindiyini” qeyd edib və Epşteynin qurbanlarının taleyinin onu ağır şəkildə sarsıtdığını etiraf edib.
Qeyd edək ki, Geyts cütlüyü 2021-ci ildə, 27 illik evlilikdən sonra boşanıb. Boşanma mediada Bill Geytsin Epşteynlə əlaqələri və ailədaxili problemlərlə bağlı xəbərlərin yayıldığı dövrə təsadüf edib.
ABŞ ABŞ Ədliyyə Nazirliyi fevralın 2-də Epşteyn işi üzrə 3 milyondan çox faylı açıqlayıb. Materiallarda tanınmış siyasətçilərin, məşhurların və sahibkarların adları çəkilir; onların arasında Bill Geyts də var. Sənədlərdə, o cümlədən, Geytsin Epşteynlə ünsiyyətinin nəticələrini gizlətməyə çalışdığına dair iddialar yer alır. Sənədlərə əsasən, Bill Gates cinsi əlaqələrdən sonra zöhrəvi xəstəliyin müalicəsi üçün dərmanlara ehtiyac duyub. Materiallarda qeyd olunur ki, o, Ceffri Epşteyndən antibiotiklər tapmağı xahiş edib ki, onları “gizli şəkildə” həmin vaxt həyat yoldaşı olan Melinda Gatesə versin.
Öz növbəsində, Bill Geyts maliyyəçi ilə keçirdiyi hər dəqiqədən peşman olduğunu bildirib, Epşteynin adasında olmadığını və hər hansı qadınlarla görüşmədiyini vurğulayıb.

