Ağdamda ağır yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, qəza Ağdam-Xankəndi yolunun Ağdam rayonunun Çuxurməhlə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “KIA” və “VAZ-2106” markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

