Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Elman Qasımov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, Opel markalı avtomobil Range Roverə çırpılıb. Zərbənin təsirindən Range Rover qarşıda hərəkətdə olan Hyundai Elantra markalı avtomobillə toqquşub.
Qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.


