Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində zəncirvari qəza baş verib.
DenMedia.az oxu.az-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində 10 nəqliyyat vasitəsi toqquşub.
Hadisə zamanı Mercedes, Mercedes Viano, Ford Transit markalı avtomobillərə, eləcə də Iveco markalı sərnişin avtobusuna maddi ziyan dəyib.
Qəza nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.



