Novxanı qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, "Hyundai" markalı, 88-BH-507 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən əvvəlcə qarşıda gedən nəqliyyat vasitəsinə, daha sonra isə yol kənarındakı işıq dirəyinə çırpılıb.
Güclü zərbənin təsirindən avtomobil aşıb.
Qəza nəticəsində sürücü ağır xəsarətlər alıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yaralını dərhal xəstəxanaya çatdırıb.
Faktla bağlı araşdırma aparılır.
Nizami Rəsulov
Denmedia.az

