Bakının Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, yanğın Ədhəm Orucəliyev küçəsində yerləşən binanın zirzəmisində, elektrik sayğaclarının quraşdırıldığı otaqda başlayıb.
Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb.

