Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" və "Toyota" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

