Ağstafada mikroavtobusla minik avtomobili toqquşub. Hadisə Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobusla “VAZ-2106” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, “Mercedes Vito”nun sürücüsü Ağstafa–Bakı marşrutu üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olub.

