Tərtər rayonunda ölümlə nəticələnən faciəli hadisə baş verib.
DenMedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə avqustun 14-də saat 14:00 radələrində rayonun Köçərli kəndində qeydə alınıb.
1971-ci il təvəllüdlü Qabil Şaban oğlu Rüstəmov yaşadığı evdə elektrik cərəyanının vurması nəticəsində həyatını itirib.
Məlumata görə, hadisədən qısa müddət əvvəl elektrik naqilləri onun qoluna dolanıb. Xəttə elektrik verildikdən sonra kişi güclü cərəyanın təsirinə məruz qalaraq ağır yanıqlar alıb və hadisə yerində ölüb.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma başlanılıb.

