Kamçatkada Tolbaçik vulkanı yaxınlığında 100-ə yaxın turist çayın daşması nəticəsində xarici aləmlə əlaqəsi kəsilmiş vəziyyətdə qalıb.
SHOT-un məlumatına görə, daşan çay təxminən 30 kilometrlik yolu yuyub, nəticədə əraziyə hətta insan daşıyan ağırtonnajlı “Ural” avtomobili ilə də keçmək mümkün olmayıb.
Təcrid olunan turistlər arasında Azərbaycan vətəndaşı Tatyana Dolivets, eləcə də Çin, Belarus, İsrail və Rusiya vətəndaşları var.
Ərazidə rabitə demək olar ki, yoxdur, turistlərin böyük hissəsi çadırlarda qalır.
Bəzi turistlərin ərzaq ehtiyatı da tükənmək üzrədir. Məlumata görə, onların təxminən bir günlük qida ehtiyatı qalıb.

