Dünyanın ən uzun kanat yolu sayılan və Vyetnamın Fukuk adasını Hon Thom adası ilə birləşdirən xətt pik saatlarda qəfil dayanıb. Bu barədə SHOT Telegram kanalı məlumat yayıb.
Elektrik mexanizmlərinin dayanması nəticəsində adada 8 mindən çox turist, o cümlədən Rusiya vətəndaşları bloklanmış vəziyyətdə qalıb.
Kanat yolu Hon Thom adasında ziyarətçilərin sayının maksimum həddə çatdığı anda fəaliyyətini dayandırıb. Kurort administrasiyası dərhal adaya sürətli katerlər yönləndirib. Lakin bu nəqliyyat vasitələri bütün turistləri bir reysdə daşımağa qadir olmayıb.
Körpüdə o qədər çox insan toplaşmışdı ki, xidməti qolf arabalarının girişi bağlanmışdı.

