Türkiyənin Kemer bölgəsində parasailing zamanı baş verən qəza nəticəsində iki turist yaralanıb.
“Mash” Telegram kanalının ilkin məlumatına görə, turistlərin paraşütü hündür dirəyə ilişib və onlar təxminən 50 metr yüksəklikdən yerə düşüblər.
Hadisənin Queen’s Park hotelinin çimərliyi yaxınlığında baş verdiyi bildirilir.
Şahidlərdən birinin sözlərinə görə, təcili tibbi yardım gələn zaman yaralılardan biri huşsuz vəziyyətdə olub.
Turistlər xəstəxanaya yerləşdirilsə də, onların hazırkı vəziyyəti barədə əlavə məlumat verilməyib.

