Türkiyənin Van vilayətinin Muradiye rayonunda piknik zamanı çaya düşən həyat yoldaşı və uşağını xilas etmək üçün suya atılan kişi həyatını itirib.
Hadisə Kandahar məhəlləsində baş verib. Rıdvan Çetinkayanın həyat yoldaşı və uşağı hələlik məlum olmayan səbəbdən Bendimahi çayında suyun axınına düşüblər.
Çetinkaya onları xilas etmək üçün dərhal suya atılıb. Ətrafdakı insanların köməyi ilə ana və uşaq sudan çıxarılaraq xəstəxanaya çatdırılıb.
Çayda itkin düşən Rıdvan Çetinkayanın axtarışına AFAD, polis və yanğınsöndürmə xidmətinin dalğıc qrupları cəlb olunub.
Bir müddət sonra onun meyiti sudan çıxarılıb.

