edir.
Bu barədə uşağın ailəsinin Kembric polisi vasitəsilə yaydığı açıqlamada bildirilib.
Ailə uşağın hazırda xəstəxanada olduğunu və sağalma prosesinin ağır keçdiyini qeyd edib.
“Oğlumuzu volyerdən xilas edən zoopark əməkdaşlarına təşəkkür edirik. Hazırda bütün diqqətimiz onun sağalmasına yönəlib. Bu, uzun və çətin prosesdir”, — deyə ailənin açıqlamasında bildirilib.
Hadisə iyun ayında Böyük Britaniyadakı Johnsons of Old Hurst mini-zooparkında baş verib.
İstintaqın versiyasına görə, naməlum kişi uşağı timsahların olduğu volyerə itələyib. Nəticədə azyaşlı ciddi xəsarətlər alıb.
Uşağı xilas etmək zooparkın sahibi Treysi Consonun çevik reaksiyası sayəsində mümkün olub. O, ilk olaraq volyerə atılıb, ardınca həyat yoldaşı Endryu Conson da uşağa kömək etmək üçün aşağı düşüb.
Hadisə ilə bağlı araşdırma aparılır.

