Malayziyanın Saravak ştatında timsah çay ilbizləri toplayan 78 yaşlı qadını qayıqdan sürüyərək suya aparıb.
Malay Mail nəşrinin məlumatına görə, hadisə avqustun 11-də Miri şəhəri yaxınlığındakı Suay körpüsünün ətrafında baş verib.
Timsah 78 yaşlı Sambay Anggunu 31 yaşlı qızının gözü qarşısında tutub. Hadisə zamanı qadının qızı qayıqdan təxminən bir metr aralıda, suda olub. Ətrafdakı insanlar dərhal qadına kömək etməyə çalışıblar.
Timsah qadını təxminən 10 metr sürüdükdən sonra buraxaraq uzaqlaşıb. Lakin həmin vaxt onu xilas etmək artıq mümkün olmayıb.
Daha sonra qadının meyiti suyun səthində tapılaraq yaxınlıqdakı körpüyə çıxarılıb.

