Bakının Sabunçu rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib.
Denmedia.az Report-a istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.
2018-ci il təvəllüdlü Y.A. yaşadığı evin həyətində metal barmaqlıqlar arasından keçməyə çalışarkən başı barmaqlıqlar arasında ilişib.
Nəticədə uşaq boğulma səbəbindən həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

