Qax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.
Denmedia.az report-a istinadən xəbər verir ki, qəza rayonun Əlibəyli kəndi ərazisindən keçən Qax–Qorağan avtomobil yolunda qeydə alınıb.
İlkin məlumata görə, "Mercedes" və "Niva" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir azyaşlı uşaq hadisə yerində həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli ağır xəsarətlər alıb.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.


