Bakıda azyaşlı uşağın ölümü ilə nəticələnən faciəvi hadisə baş verib. Hadisə Qaradağ rayonunun Ələt qəsəbəsində qeydə alınıb.
DenMedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, martın 30-da səhər saat 07:00 radələrində 2 yaşlı Cahangir Şəhriyar oğlu İsgəndərlinin vəziyyəti qəfil pisləşib, onda qusma əlamətləri yaranıb.
Uşaq xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

