ABŞ-ın Arizona ştatındakı Qrand-Kanyonda baş verən qəfil daşqından sonra 20-dən çox turist itkin düşüb.
“Daily Mail”in məlumatına görə, hadisə avqustun 29-da, şənbə günü baş verib.
Bundan əvvəl xilasedicilər daşqından zərər çəkmiş ərazidən 62-dən çox insanı təxliyə ediblər. Hazırda Bright Angel çayını piyada keçməyin mümkün olmadığı bildirilir. Buna səbəb su axınının ərazini dağıtmasıdır.
Jurnalistlərin ehtimalına görə, itkin düşənlər arasında Bright Angel Canyon və Phantom Ranch ərazisində piyada yürüşə çıxan turistlər ola bilər.
Yerli hakimiyyət orqanları turistlərin axtarılmasına kömək göstərilməsi üçün ictimaiyyətə də müraciət ediblər.
Təxliyə davam edir. Eyni zamanda Milli Park Xidmətinin əməkdaşları Arizona İctimai Təhlükəsizlik Departamenti ilə birlikdə itkin düşənlərin axtarışını həyata keçirirlər.

