Avstraliyalı turist Tasmaniya sahillərində itkin düşmüş qadına aid olduğu ehtimal edilən insan qalıqları aşkar edib.
Bu barədə PerthNow nəşri məlumat yayıb. Qalıqlar Filosof şəlaləsi yaxınlığında tapılıb.
Polisin ilkin ehtimallarına görə, tapılan qalıqlar iki il əvvəl həmin ərazidə itkin düşmüş 31 yaşlı belçikalı Selin Kremerə aid ola bilər. Onun avtomobili vaxtilə şəlalənin yaxınlığında aşkarlansa da, qadının özünü tapmaq mümkün olmamışdı. Hazırda məhkəmə-tibbi ekspertlər DNT analizi aparır və şəxsiyyətin dəqiqləşdirilməsi üzərində çalışırlar. Polis artıq Kremerin ailəsi ilə əlaqə saxlayıb.
Bu arada Misirdə iki Rusiya vətəndaşı turist itkin düşüb. Onlardan birinin atası Pavel Revenkonun sözlərinə görə, gənclər üç gündür əlaqəyə çıxmırlar. Turistlər 21 yanvar tarixində Yekaterinburqdan Şarm əl-Şeyxə uçublar.

