Avropa Komissiyası bulud infrastrukturuna kiberhücum edildiyini açıqlayıb. Hücum nəticəsində Europa platformasında yerləşən məlumatlar komprometasiya olunub.
İlkin məlumata görə, oğurlanan məlumatlar məhz bu platformada yerləşdirilən veb-saytlardan əldə edilib.
Bildirilib ki, insident lokallaşdırılıb və Komissiyanın daxili infrastrukturu zərər görməyib.
Bununla belə, hücumun tam nəticələri hələ də araşdırılır. Avropa Komissiyası hücumun arxasında duran şəxslər və ya qruplar barədə məlumat açıqlamayıb.

