ABŞ İrana qarşı hərbi əməliyyatlara gündə təxminən 900 milyon dollar xərcləyir. Bu barədə ABŞ Senatında respublikaçıların lideri Con Tun bildirib.
O, jurnalistlərə açıqlamasında bu məlumatı təsdiqləyərək qeyd edib ki, xərclər böyük olsa da, ABŞ qarşıya qoyduğu məqsədlərə çatır.
Tun vurğulayıb ki, bu mühüm missiyadır və onun yerinə yetirilməsi vacibdir. Senator ümid etdiyini bildirib ki, əməliyyat yaxın vaxtlarda başa çatacaq.
Onun açıqlamaları CSPAN telekanalı tərəfindən yayımlanıb.

