ABŞ Prezidenti Donald Trump Konqresdə çıxışı zamanı bildirib ki, Vaşinqton Venesueladan 80 milyon bareldən artıq neft əldə edib. Çıxış Ağ Evin rəsmi YouTube kanalında yayımlanıb.
“Biz yeni dostumuz və tərəfdaşımız Venesueladan 80 milyon bareldən çox neft əldə etdik”, – deyə Tramp vurğulayıb.
Xatırladaq ki, 2025-ci ilin dekabrında ABŞ Venesuelaya qarşı neft blokadası elan etmişdi. Daha sonra Vaşinqton sanksiyaları pozaraq neft daşıdığı iddia edilən gəmilərin ələ keçirilməsi ilə bağlı mütəmadi məlumatlar yaymağa başlamışdı.
2026-cı il yanvarın 3-nə keçən gecə Venesuela lideri Nicolas Maduro və həyat yoldaşının ABŞ hərbçiləri tərəfindən saxlanılaraq ölkədən çıxarıldığı bildirilmişdi. Ardınca Tramp bəyan etmişdi ki, Venesuelanın müvəqqəti hakimiyyəti ABŞ-a 30–50 milyon barel neft ötürəcək.
Onun sözlərinə görə, bu neft bazar qiymətinə satılacaq və əldə olunan vəsait “Venesuela və ABŞ xalqının rifahı naminə” istifadə olunması üçün prezidentin nəzarətində olacaq.

