Bakının Nəsimi rayonunda vətəndaşların etibarından sui-istifadə edərək onların pulunu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Denmedia.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində M.Ələkbərzadə müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs vətəndaşlara övladlarının xaricdə təhsil almasına, başqa təhsil müəssisələrinə köçürülməsinə və təhsillə bağlı müxtəlif məsələlərin həllinə kömək edəcəyini vəd edib.
Məlumata görə, M.Ələkbərzadə bu məqsədlə bir vətəndaşdan 9000 manat, digərindən isə 3000 manat alıb, lakin vədlərinə əməl etməyib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

