21 
avq
2023
10:45
298
Yuxarı
“Tik-Tok”-da özünü usta kimi təqdim edərək insanları aldadan şəxs saxlanılıb
21 avq, 2023
10:45
298
“Tik-Tok”-da özünü usta kimi təqdim edərək insanları aldadan şəxs saxlanılıb -FOTO
“Tik-Tok”-da özünü usta kimi təqdim edərək insanları aldadan şəxs saxlanılıb*
Den.az xəbər verir ki, Sumqayıt şəhərində avtobusda sərnişinlərdən birinin əl çantası oğurlanıb. Zərərəçəkən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edərək içərisində 900 manat, bank kartları, qızıl-zinət əşyaları və digər qiymətli əşyalar olan çantanın oğurlandığı barədə məlumat verib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Sevinc Sadıqova saxlanılıb. O, ifadəsində etdiyi oğurluq hadisəsini etiraf edib.
Araşdırmalar zamanı S.Sadıqovanın Tik-Tok sosial şəbəkəsində özünü ev təmiri ilə məşğul olan usta kimi təqdim edərək ona müraciət edən şəxslərin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirdiyi də məlum olub. S.Sadıqova barəsində 4-cü Polis Bölməsində araşdırmalar davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Den.az
Bizimlə əlaqə saxlayın
Digər xəbərlər
Çox oxunanlar