Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, qəza Bakı–Qazax magistralının Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı istiqamətində hərəkət edən “Mercedes” markalı minik avtomobili velosipedçini vurub.
Ağır xəsarət alan 40–45 yaşlarında kişi hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

