Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, hadisə Bakı–Qazax–Gürcüstan magistral avtomobil yolunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, avtomobil təxminən 40–45 yaşlarında olan kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hazırda ölən şəxsin kimliyi müəyyənləşdirilir.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

