Ucar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, hadisə Bakı–Qazax magistral avtomobil yolunun rayonun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan yük avtomobili ilə minik avtomobili toqquşub. Toqquşmanın təsirindən idarəetmədən çıxan minik avtomobili yol kənarında dayanan piyadanı vurub.
Nəticədə piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Qəza zamanı minik avtomobilində olan Gəncə şəhər sakinləri Elmir Əsgərli, Elnur Fərəcullayev və Tural Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Beləliklə, yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Əlibala Əsgərov
Denmedia.az

