Sərnişin 6 min metr yüksəklikdə təyyarənin qapısını açmağa çalışıb, bir neçə saat sonra isə göyərtədə ölüb.
Nigeriyanın “Legit” nəşrinin məlumatına görə, hadisə Nayrobi–Laqos reysi zamanı baş verib. Bildirilir ki, həmin şəxs Madaqaskara buraxılmadıqdan sonra aviaşirkət tərəfindən eyni marşrutla geri qaytarılırmış.
Uçuş zamanı sərnişin əvvəlcə pilot kabinəsinə daxil olmağa, daha sonra isə təyyarənin arxa qapısını açmağa cəhd edib.
Digər sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün ekipaj onun əllərini arxadan bağlamağa məcbur olub.
Enişə təxminən 20 dəqiqə qalmış kişi huşunu itirib.
Təyyarə Laqosa endikdən sonra hadisə yerinə gələn tibb işçiləri onun öldüyünü müəyyən ediblər.

