Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, Elmur Bəhramzadə idarə etdiyi “Mercedes E-Class” markalı avtomobillə “Sabunçu bazarı” istiqamətində hərəkətdə olarkən yolu keçən 1966-cı il təvəllüdlü Leyli Hüseynovanı vurub.
Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

