1984-cü il təvəllüdlü Rəşad İsmayılov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi işıq dirəyinə çırpılıb.
DenMedia.az oxu.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində avtomobildə olan sərnişin, sürücünün anası, 1954-cü il təvəllüdlü Güləbatın İsmayılova hadisə yerində həyatını itirib.
Rəşad İsmayılov və avtomobildə olan daha iki sərnişin ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

