ABŞ-ın Şimali Dakota ştatının qubernatorunun iqamətgahı yaxınlığında 100 ildən çox yaşı olan insan qalıqları aşkar edilib.
“People” nəşrinin məlumatına görə, tapıntını ərazidə çalışan fəhlələr ediblər. Onlar təsadüfən yeddi tabuta və taxta qutuya rast gəliblər.
İlkin araşdırma nəticəsində müəyyən edilib ki, qalıqlar iki qadına, iki kişiyə, iki yeniyetmə oğlana və bir uşağa məxsusdur.
Məlum olub ki, tabutların tapıldığı ərazi əvvəllər qəbiristanlıq olub. 1880-ci illərdə qəbiristanlığın başqa əraziyə köçürülməsi barədə qərar qəbul edilib.
Ehtimal olunur ki, aşkar edilən qalıqlar həmin vaxt səhvən köçürülməyən məzarlara aiddir.
Ərazidə daha 10 məzarın ola biləcəyi ehtimal edilir. Tapılan insan qalıqlarının yenidən dəfn olunması planlaşdırılır.

