ABŞ-ın Portlend şəhərində 2004-cü ildə qəbiristanlıq yaxınlığında tapılan kişi qalıqlarının kimliyi müəyyən edilib.
Bu barədə “People” nəşri məlumat yayıb.
Məlumata görə, qalıqlar tava, ərzaq məhsulları və geyimlərin əhatəsində aşkar olunmuşdu.
Hadisə yerində həmçinin parça örtük də tapılmışdı.
Həmin vaxt polis qalıqların kimə məxsus olduğunu müəyyən edə bilməmişdi.
2018-ci ildə Oreqon ştatının Məhkəmə-Tibbi Ekspertiza Ofisi yeni DNT üsullarından istifadə üçün qrant qazanıb.
2022-ci ildə əməkdaşlar mərhumun uzaq qohumlarına çıxış əldə ediblər.
Araşdırmalar nəticəsində 2026-cı ilin aprelində — 20 ildən çox vaxt keçəndən sonra kişinin şəxsiyyəti müəyyən olunub.
Onun 47 yaşlı Robert Li Horton olduğu məlum olub.
O, 2004-cü ildən itkin düşmüş hesab edilirdi.
Ailəsinin sözlərinə görə, həmin il Havaydan Portlendə köçüb.
Polis məlumatı ailəsinə çatdırıb.
Bildirilir ki, bir müddət sonra kişinin anası da vəfat edib.
Robert Li Hortonun qəbiristanlıq yaxınlığında necə öldüyü və ölüm səbəbi hələ məlum deyil.

