ABŞ-ın Klivlend şəhərində it gəzdirən bir kişi təsadüfən insan qalıqlarının tapılmasına səbəb olub. Bu barədə People jurnalı məlumat yayıb.
Bildirilir ki, kişi məktəb yaxınlığındakı sahədə şübhəli əşya gördükdən sonra polisə məlumat verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları dayaz məzar aşkar ediblər. Məzarda içərisində insan qalıqları olan çamadan tapılıb. Axtarış zamanı polis daha bir çamadana da rast gəlib.
Məlumata görə, tapılan qalıqlar iki qaradərili qıza məxsusdur. Onların kimliyi hələ müəyyən edilməyib. Ehtimallara görə, qızlardan birinin təxminən 8–13, digərinin isə 10–14 yaşlarında olduğu bildirilir.
Polis qeyd edib ki, çamadanlar həmin sahədə bir müddət əvvəl qoyulub. Qızların ölüm səbəbi və hadisənin dəqiq vaxtı hələlik məlum deyil. Araşdırma davam edir.

