Bakının Qaradağ rayonunda orta məktəb direktorlarından birinin avtomobili yandırılıb.
Məlumata görə, hadisə zamanı avtomobilin yaxınlığında uşaqlar da olub. Buna baxmayaraq, heç kim xəsarət almayıb.
Paytaxtın Yasamal rayonunda isə orta məktəblərdən birində yanğın törətməyə cəhd edilib. Görülən operativ tədbirlər nəticəsində alovun yayılmasının qarşısı alınıb.
Hər iki hadisə zamanı xəsarət alan olmayıb.

