Şirvan şəhərində yataqdan yıxılaraq ağır xəsarət alan 1 yaşlı uşaq xəstəxanada vəfat edib.
Denmedia.az apa-ya istinadla xəbər verir ki, 2025-ci il təvəllüdlü uşaq ötən gün yataqdan yıxılıb və ağır kəllə-beyin travması alıb.
Körpə kəllə sümüklərinin deformasiyası diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Vəziyyəti ağır olduğundan daha sonra Bakıda yerləşən Neyrocərrahiyyə Mərkəzinə köçürülüb.
Həkimlərin səylərinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.

