Biləsuvarda ağır yol qəzası baş verib.
Denmedia.az apa-ya istinadla xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.
İdarəetmədən çıxan minik avtomobili aşıb.
İlkin məlumata görə, iki nəfər ölüb, üç nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

