Oğuzda minik avtomobili ağaca çırpılıb, 4 nəfər xəsarət alıb.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, hadisə səhər saat 06 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı xəsarət alan 4 nəfər Oğuz rayon sakini Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Hazırda yaralılara ilkin tibbi yardım göstərilir və şəxsiyyətləri dəqiqləşdirlir.
Faktla bağlı araşdırma aparılır.

