28 
avq
2023
15:50
236

Biləsuvarda yük avtomobili ilə minik avtomobili toqquşub, xəsarət alan var

28 avq, 2023
15:50
236

Biləsuvarda yük avtomobili ilə minik avtomobili toqquşub, xəsarət alan var -FOTO

Biləsuvar rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. 

Den.az-ın yerli bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhərində bazara yaxın ərazidə qeydə alınıb.

Belə ki, "BMW" markalı minik avtomobili ilə "Kamaz" markalı yük avtomobili toqquşub. Qəzada minik avtomobilinin sərnişini, Cəlilabad rayonun Təzəkənd kənd sakini, Bayramova Gülər Qulam qızı xəsarət alaraq, Biləsuvar rayon xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma gedir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar