Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov vəfat edib.
Vüsal İbrahimov Şamaxıda yaşadığı evdə dünyasını dəyişib.
Mərhumun ölüm səbəbi hələlik açıqlanmayıb.
Qeyd edək ki, Vüsal İbrahimov 2026-cı ilin avqustunda Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
O, bundan əvvəl Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb.

