“Azərişıq” ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Həbib Əzizov vəzifəsindən azad edilib.
“Denmedia.az” “Report”a istinadən xəbər verir ki, onun yerinə “Azərişığ”ın Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elmar Mahmudov təyin olunub.
Qeyd edək ki, kadr dəyişikliyi ilə bağlı qərar “Azərişıq”rəhbərliyi tərəfindən verilib.
***
“Azərişıq” ASC-nin Naxçıvan idarəsinin rəisi və şöbə müdiri də vəzifələrindən azad edilib.
Modern.az-ın məlumatına görə, bununla bağlı ASC-nin sədri Vüqar Əhmədov müvafiq Əmr imzalayıb.
Əmrə əsasən, Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nemət Qasımov tutduğu vəzifədən azad olunub. O bu vəzifəyə ötən ilin may ayında təyin edilib.
Eyni zamanda, “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) satış şöbəsinin rəisi Emil Əkbərli də tutduğu vəzifədən azad olunub.

