18 
iyl
2023
12:52
232

İki general vəzifədən AZAD EDİLDİ - Biri nazirin qohumudur + FOTO

18 iyl, 2023
12:52
232

İki general vəzifədən AZAD EDİLDİ - Biri nazirin qohumudur + FOTO

Müdafiə Nazirliyinin iki yüksək vəzifəli şəxsi vəzifəsindən azad edilib. 
 
Den.az xəbər verir ki, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimov bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılıb. 
 
Elxan İbrahimov 2020-ci ilin iyulundan etibarən bu vəzifəni icra edirdi.  
 
Vəzifəsindən uzaqlaşdırılan digər məmur isə Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Nizam Osmanovdur. 


General-leytenant Nizam Osmanov 23 iyul 2021-ci ildən Maddi-Texniki Təminat Baş İdarənin rəisi vəzifəsini icra edirdi. 
 
Onu da qeyd edək ki, Elxan İbrahimov müdafiə naziri Zakir Həsənovun yaxın qohumudur. 
 
Sayt məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlasa da, cavab ala bilməyib.(Bizim.Media)

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar