Qara dənizdə Rumıniyanın Konstansa limanından təxminən 13 dəniz mili aralıda “Khoryv” adlı ticarət gəmisi batıb.
Gəmidə 10-u Ukrayna, 3-ü Azərbaycan vətəndaşı olmaqla ümumilikdə 13 nəfər olub.
İlkin məlumatlara görə, xilasetmə qrupları ekipajın 9 üzvünü sağ çıxara biliblər. Bir nəfər həyatını itirib, daha 3 nəfərin axtarışları davam edir.
Rumıniya Hərbi Dəniz Qüvvələrinə saat 10:00 radələrində qəza siqnalı daxil olub.
Gəminin batma səbəbi hələlik rəsmi olaraq müəyyən edilməyib. Bəzi mənbələr onun pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qala biləcəyini iddia edirlər.
Əlverişsiz hava şəraitinə baxmayaraq, axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

