Komor adaları bayrağı altında üzən və “Azov Shipping” şirkətinə məxsus “Volgo Balt 226” quru yük gəmisi Qara dənizdə dron hücumuna məruz qalıb.
Bu barədə “Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyi məlumat yayıb.
Bildirilib ki, gəminin heyət üzvləri arasında azərbaycanlı dənizçilər də var.
Məlumata görə, gəmi hazırda Türkiyənin Trabzon limanına doğru hərəkət edir.
Hücum nəticəsində ölən və ya yaralanan olmayıb.

