Şimali Kiprin Girne şəhəri sahillərində sərnişin bərəsinin alabora olması nəticəsində azı 6 nəfər həyatını itirib. 172 nəfərin xilas edildiyi, axtarış-xilasetmə işlərinin isə davam etdiyi bildirilir.
Hadisə “Filo Denizcilik” şirkətinə məxsus katamaran tipli sərnişin gəmisində baş verib. İlkin məlumatlarda gəmidə 279 nəfərin olduğu bildirilsə də, daha sonra rəsmi mənbələr 259 sərnişin və 8 ekipaj üzvü olmaqla ümumilikdə 267 nəfərin göyərtədə olduğunu açıqlayıb.
Gəmi Girne sahillərindən bir neçə kilometr aralıda su almağa başlayıb və tamamilə çevrilib. Hadisədən sonra Sahil Mühafizəsi, helikopterlər, mülki qayıqlar və digər gəmilər xilasetmə əməliyyatına cəlb olunub.
Şimali Kiprin nəqliyyat naziri Erhan Arıklı bildirib ki, dənizdə şərait olduqca ağır və dalğalıdır. Qəzanın dəqiq səbəbi hələ müəyyən edilməyib.
Hadisə yerindən yayılan görüntülərdə xilasedici jiletlərdə olan sərnişinlərin çevrilmiş gəminin ətrafında və üzərində xilas edilməyi gözlədiyi görünür. Girne limanında və xəstəxanalarda yaralıların qəbulu üçün xüsusi hazırlıq görülüb.
Denmedia.az

